İdman

Ukraynalı futbolçu "Sabah"da

17 İyul 2018 18:44
0 Şərh     Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Topaz Premyer Liqanın debütantı "Sabah" heyətinə yeni futbolçu cəlb edib.

Milli.Az qol.az-a istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Vitali Kvaşukla münasibətlərini rəsmiləşdirib. Ukraynalı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Kiyev "Dinamo"sunun yetirməsi olan Kvaşuk, karyerası ərzində Ukraynanın "Metallurq 2" (Donetsk), "Zarya 2" (Luqansk), "Olimpik" (Donetsk), Belarusun "Torpedo" (Jodino), "Vitebsk" və "Neman Qrodno" klublarında oynayıb. Onun son çıxış etdiyi komanda "Neman Qrodno" olub.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi "Sabah"da 7 nömrəli formada çıxış edəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.