İdman

Cavid Hüseynovdan YENİ XƏBƏR

17 İyul 2018 14:52
0 Şərh     Baxış: 1 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının I təsnifat mərhələsində "Proqres"in qonağı olacaq "Qəbələ" dünən səfərə yollanıb.

Milli.Az apasport.az-a istinadən məlumatına görə, komanda bu gün Lüksemburqda ilk məşqini keçəcək.

"Qırmızı-qaralar"ın heyətlə bağlı ciddi probleminin olmaması vacib qarşılaşma öncəsi məşqçilər korpusunu sevindirməyə bilməz. Zədə ucbatından ilk görüşü buraxan kapitan Cavid Hüseynov artıq sıraya dönüb. Bir neçə gündü kollektivlə məşqlərə qoşulan milli komandamızın yarımmüdafiəçisi Differdanjdakı oyunda baş məşqçi Sənan Qurbanovun ixtiyarında olacaq. Onun ilk dəqiqələrdən meydana çıxması gözlənilir.

Qeyd edək ki, "Proqres" - "Qəbələ" oyunu iyulun 19-da keçiriləcək. Qəbələdə baş tutan ilk görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanmışdılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.