İdman

"Sumqayıt" Qətər və Türkiyə komandaları ilə qarşılaşacaq

17 İyul 2018 13:49
Baxış: 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" futbol komandasının yoxlama oyunlarındakı rəqiblərindən ikisi müəyyənləşib.

Milli.Az report.az-a istinadən məlumata görə, Nazim Süleymanovun baş məşqçi olduğu kollektiv ilk matçını iyulun 19-da Qətərin "Əl Şahaniya" klubuna qarşı keçirəcək. Kızılcahamamda baş tutacaq oyun Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Digər görüş isə ayın 22-də Topuk yaylasında Superliqada təmsilçisi "Alanyaspor"a qarşı olacaq.

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. "Əl Şahaniya" iyulun 15-də "Səbail"lə yoxlama matçında heç-heçə edib - 2:2. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.