İdman

Braziliyalı futbolçunun anası oğurlanıb - VİDEO

17 İyul 2018 10:52
0 Şərh     Baxış: 1 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının futbolçusu Taysonun anası Rozangela Barsellos Freda Braziliyada oğurlanıb

Milli.Az report.az-a istinadən verdiyi məlumata görə, oğru qadını evinin yanında maşında gözləyib. Rozangela çölə çıxdıqda, həmin şəxs gül buketi ilə onun dalınca düşüb. Sonra o, qadını tutaraq, maşının baqajına salıb və aradan çıxıb. 

Hüquq-mühafizə orqanları qadını həmin axşam qonşu yaşayış məntəqəsində tapıblar. Cinayətin bütün iştirakçıları saxlanılıb. Onların sayı və adları açıqlanmır. 

Qeyd edək ki, Tayson 2018-ci il dünya çempionatında Braziliya millisinin heyətində yer alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.