İdman

Alfa Liqa çempionu bilindi

17 İyul 2018 10:32
0 Şərh     Baxış: 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə ilk dəfə keçirilən Alfa Liqa başa çatıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, III yer uğrunda görüşdə LSS və "Sirena Motors" komandaları üz-üzə gəlib.

"Sirena Motors" Elvin Xudatovun dublu və Taleh Fətəliyevin qolu ilə 3:0 qalib gəlib və bu turnirin ilk bürünc medallarının sahibi olub.

Finalda isə futzal üzrə millimizin sabiq oyunçusu Rəcəb Fərəczadənin başçılıq etdiyi "Peçat Dönər" komandası KATV1-lə görüşüb. Gərgin keçən görüşdə "dönərçilər" "televiziyaçılar"a qalib gəlib - 3:1.

Qolları "Peçat Dönər"dən Əsgər Məmmədbəyli, Şəhriyar Zamanov vəCeyhun Mürşüdlü vurub. KATV1-dən yeganə qolun müəllifi isə Elçin Məmmədov olub.

Matçdan sonra AMF tərəfindən mükafatlandırma mərasimi təşkil edilib. Alfa Liqanın bombardiri 10 qolla Şamxal Məlikov (KATV1), doqquz məhsuldar ötürmə ilə assistent kralı Emin Quliyev ("Sirena Motors") və çempionat boyu 52 seyvlə yadda qalan qapıçı Həzrət Mirzəyev ("Sirena Motors") xüsusi suvenirlə yanaşı, pul mükafatına layiq görülüb.

Qeyd edək ki, ötən ay start götürən Alfa Liqada 32 komanda mübarizə aparıb. Qalib "Peçat Dönər" komandası 5-9 sentyabrda Sloveniyada keçiriləcək Çempionlar Liqasında ölkəmizi təmsil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.