İdman

Super Liqada yeni transfer

17 İyul 2018 10:23
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Ankaragücü" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi İsveçin "Hakken" klubunda forma geyinən hücumçu Mustafa Əl Kabiri transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, 29 yaşlı mərakeşli futbolçu əvvəllər də Türkiyədə çıxış edib. O, 2015/16 mövsümündə "Gənclərbirliyi"ndə, 2017-ci ildə isə "Antalyaspor"da forma geyinib.

Elitaya yeni çıxan "Ankaragücü" Əl Kabirdən öncə "Sivasspor"un konqolu yarımmüdafiəçi Tyevi Biffumanı, "Bursaspor"dan fransalı yarımmüdafiəçi Rikardo Fatini, "Osmanlıspor"dan isə portuqaliyalı vinget Tyaqo Pintonu transfer etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.