İdman

"Qəbələ"nin potensial rəqibi müəyyənləşəcək

17 İyul 2018 10:18
0 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün futbol üzrə Avropa Liqasında I təsnifat mərhələsinin ilk 3 cavab görüşü keçiriləcək.

Milli.Az "Report"a istinadən xəbər verir ki, qarşılaşmalar arasında Macarıstanda "Honved"lə Makedoniya "Rabotniçki"si arasında oynayılacaq qarşılaşma azərbaycanlı futbolsevərlər üçün xüsusi əhəmiyyət kəsb edəcək.

"Qəbələ" Lüksemburq "Proqres"ini üstələyəcəyi təqdirdə, Avroliqanın II təsnifat mərhələsində məhz bu cütün qalibi ilə görüşəcək. İlk görüşdə "Rabotniçki" evdə 2:1 hesablı qələbə qazanıb. "Qəbələ" isə doğma meydanda 0:2 hesabı ilə uduzub. "Qırmızı-qaralar"ın cavab oyunu iyulun 19-da Düdelanjda olacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunları

17 iyul

19:45. "Levski" (Bolqarıstan) - "Vaduts" (Lixtenşteyn)

İlk oyun - 0:1

19:55. "Şkupi" (Makedoniya) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 0:2

20:00. "Honved" (Macarıstan) - "Rabotniçki" (Makedoniya)

İlk oyun - 1:2

Qeyd edək ki, qalan cavab oyunları 18-19 iyulda keçiriləcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.