İdman

"Barselona"nın istədiyi ulduz "Monako"ya keçir

16 İyul 2018 12:08
0 Şərh     Baxış: 1 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ÇSKA və Rusiya yığmasının parlayan futbolçusu Aleksandr Qolovin "Monako"ya keçməyə yaxındır.

Milli.Az xəbər verir ki, knyazlıq klubu Qolovin üçün ÇSKA-ya rəsmi təklif edib. Həmçinin "Çelsi" də Aleksandrı komandada görmək istəyir.

"Çox güman ki, bu həftə Qolovinin karyerasını harda davam edəcəyi bilinəcək" - RİA oyunçunun transferi haqda məlumat yayıb.

Qeyd edək ki, daha öncə Rusiya yığmasının futbolçusunun "Arsenal", "Yuventus" və "Barselona" kimi klublara keçəcəyi gözlənilirdi.

Xatırladaq ki, Qolovinin transfer xəbərləri Rusiyada keçirilən 2018-ci Dünya Çempionatındakı göstərdiyi gözəl oyundan sonra gündəmə gəlmişdi.

Adil Nəcəfov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.