İdman

DÇ-2018: finalda ALTI QOL VURULDU, FRANSA ÇEMPİON! - VİDEO - FOTO

15 İyul 2018 20:54
70 Şərh     Baxış: 6 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:54

Bu gün Rusiyada keçirilən DÇ-2018-ə yekun vuruldu. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 32 gün davam edən mundial final matçı ilə başa çatdı.

Həlledici qarşılaşmada Fransa və Xorvatiya üz-üzə gəldi. Finala qədər məğlubiyyət acısı yaşamayan rəqiblər dördilliyin ən yaxşısı olmaq üçün mübarizə apardı.

Fransa millisi 20 ildən sonra 2-ci çempionluğunu yaşamaq iddiasında idi. İki il öncə Avropa çempionatının finalında uduzan Didye Deşamın komandası daha bir ilkə imkan verməməyə çalışırdı.

Həmin vaxt Portuqaliyanın ilk çempionluğuna üzülən "üçrənglilər" balkanlılarla görüşə qızıl arzusuyla çıxdılar. Xorvatiya isə 20 il öncəki bürünc medal rekordunu artıq yeniləyib.

Luka Modriç və komanda yoldaşları yeni çempion kimi tarixə düşmək üçün mübarizə aparırdı. Xorvatiyalılar bunu bacarsaydı, mundialların 9-cu qalibi olacaqdı.

Qeyd edək ki, sayca 21-ci olan çempionatın bürünc medalını Belçika qazanıb. Onlar 3-cü yer uğrunda oyunda İngiltərədən güclü olub - 2:0.

DÇ-2018

Final

15 iyul

Fransa - Xorvatiya - 4:2

Qollar: Mancukiç, 18 (avtoqol), Qrizman, 38 (pen.), Poqba, 59, Mbappe, 65 - Perişiç, 28, Mancukiç, 69

Hakim: Nestor Pitana (Argentina)

Moskva. "Lujniki" stadionu

Fransa: 1. Hüqo Lloris (q) (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizman, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lukas Hernandez

Ehtiyat oyunçular: 16. Stiv Mandanda (q), 23. Alfonso Areola (q), 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 11. Usman Dembele, 12. Sorentin Tolisso, 15. Stiv Nzonzi, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florin Tauvin, 22. Benjamin Mendi

Baş məşqçi: Didye Deşam

Xorvatiya: 23. Daniel Subaşiç (q), 2. Şimo Vrasilko, 3. İvan Ştirniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Macukiç, 18. Ante Rebiç, 21. Domoqoy Vida

Ehtiyat oyunçular: 1. Dominik Livakoviç (q), 12. Lovre Kaliniç (q), 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badeli, 20. Marko Pyatsa, 22. Yosip Pivariç

Baş məşqçi: Zlatko Daliç

Videonu izləmək üçün şəklə klikləyin:
Fransa - Xorvatiya

-----------

20:27

Fransa - Xorvatiya - 4:2

Qollar: Mario Mancukiç (18-ci dəqiqə, öz qapısına), Antuan Qrizman (38, penalti), Pol Pogba (59), Kilian Mbappe (65); İvan Perişiç (28), Mario Mancukiç (69).

Videonu izləmək üçün şəklə klikləyin:

Fransa - Xorvatiya - 4:2

----------

20:23

Fransa - Xorvatiya - 4:1

Qollar: Mario Mancukiç (18-ci dəqiqə, öz qapısına), Antuan Qrizman (38, penalti), Pol Pogba (59), Kilian Mbappe (65); İvan Perişiç (28)

Videonu izləmək üçün şəklə klikləyin:

Fransa - Xorvatiya - 4:1

---------

20:17

Fransa - Xorvatiya - 3:1

Qollar: Mario Mancukiç (18-ci dəqiqə, öz qapısına), Antuan Qrizman (38, penalti), Pol Pogba (59); İvan Perişiç (28)

Videonu izləmək üçün şəklə klikləyin:

Fransa - Xorvatiya - 3:1 

----------

19:38

Fransa - Xorvatiya - 2:1

Qollar: Mario Mancukiç (18-ci dəqiqə, öz qapısına), Antuan Qrizman (38, penalti), İvan Perişiç (28)

Videonu izləmək üçün şəklə klikləyin:
Fransa - Xorvatiya - 2:1

---------

19:28

Fransa - Xorvatiya - 1:1

Qollar: Mario Mancukiç (18-ci dəqiqə, öz qapısına), İvan Perişiç (28)

Videonu izləmək üçün şəklə klikləyin:

Fransa - Xorvatiya - 1:1 

----------

19:18

Fransa - Xorvatiya - 1:0

Qol: Mario Mancukiç (18-ci dəqiqə, öz qapısına)

Videonu izləmək üçün şəklə klikləyin:
Fransa - Xorvatiya - 1:0 

---------

19:00

Bu gün Rusiyada keçirilən DÇ-2018-ə yekun vurulacaq. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 32 gün davam edən mundial final matçı ilə başa çatacaq.

Həlledici qarşılaşmada Fransa və Xorvatiya üz-üzə gəlir. Finala qədər məğlubiyyət acısı yaşamayan rəqiblər dördilliyin ən yaxşısı olmaq üçün mübarizə aparacaq.

Fransa millisi 20 ildən sonra 2-ci çempionluğunu yaşamaq iddiasındadı. İki il öncə Avropa çempionatının finalında uduzan Didye Deşamın komandası daha bir ilkə imkan verməməyə çalışacaq.

Həmin vaxt Portuqaliyanın ilk çempionluğuna üzülən "üçrənglilər" balkanlılarla görüşə qızıl arzusuyla çıxacaq. Xorvatiya isə 20 il öncəki bürünc medal rekordunu artıq yeniləyib.

Luka Modriç və komanda yoldaşları yeni çempion kimi tarixə düşmək üçün mübarizə aparacaq. Xorvatiyalılar bunu bacarsa, mundialların 9-cu qalibi olacaq.

Qeyd edək ki, sayca 21-ci olan çempionatın bürünc medalını Belçika qazanıb. Onlar 3-cü yer uğrunda oyunda İngiltərədən güclü olub - 2:0.

DÇ-2018

Final

15 iyul

19:00. Fransa - Xorvatiya

Hakim: Nestor Pitana (Argentina)

Moskva. "Lujniki" stadionu

Fransa: 1. Hüqo Lloris (q) (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizman, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lukas Hernandez

Ehtiyat oyunçular: 16. Stiv Mandanda (q), 23. Alfonso Areola (q), 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 11. Usman Dembele, 12. Sorentin Tolisso, 15. Stiv Nzonzi, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florin Tauvin, 22. Benjamin Mendi

Baş məşqçi: Didye Deşam

Xorvatiya: 23. Daniel Subaşiç (q), 2. Şimo Vrasilko, 3. İvan Ştirniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Mancukiç, 18. Ante Rebiç, 21. Domoqoy Vida

Ehtiyat oyunçular: 1. Dominik Livakoviç (q), 12. Lovre Kaliniç (q), 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badeli, 20. Marko Pyatsa, 22. Yosip Pivariç

Baş məşqçi: Zlatko Daliç

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.