İdman

"Bütün problemi Messinin çiyinlərinə qoymaq olmaz" - Maradona

13 İyul 2018 14:52
1 Şərh     Baxış: 937

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona milli komandanın DÇ-2018-dəki uğursuz çıxışına görə tənqid hədəfinə çevrilən Lionel Messini müdafiə edib.

Milli.Az qol.az-a istinadən xəbərə görə, veteran futbolçu baş verənlərə görə təkcə yığmanın kapitanının günahlandırılmasını düzgün hesab etmədiyini bildirib:

"Bütün problemləri Messinin çiyinlərinə qoymaq olmaz. O, təkbaşına qol vurmalı, ötürmə verməli, yoxsa rəqibdən top almalıdır? Belə futbol olmur. Bizə əsl komanda lazımdır. Problemə Messidə deyil, ümumilikdə kollektivin sərgilədiyi oyunun səviyyəsindədir".

Qeyd edək ki, Argentina dünya çempionatının 1/8 final mərhələsində Fransaya 3:4 hesabı ilə uduzaraq, mundialla vidalaşmışdı.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    F.S.D. · 13 İyul 16:1411

    Bəli tam haqlısınız

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.