İdman

"Mənə Vengerin məsləhətləri lazım deyil"

13 İyul 2018 12:58
0 Şərh     Baxış: 543

"Hər bir məşqçi futbolçularla özü tanış olmalıdır. Mən də bunu etmək istəyirəm. Hər kəslə danışdıqdan sonra isə nəticə çıxarmaq lazımdır".

Milli.Az qol.az-a  istinadən xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Unai Emeri deyib. London klubuna yenicə baş məşqçi təyin olunan ispan mütəxəssis komandanın özündən əvvəlki çalışdırıcı Arsen Vengerdən məsləhət almaq istəmədiyini bildirib:

"Vengerdən müəyyən məlumatlar almaq faydalı ola bilər. Amma mənə onun məsləhətləri lazım deyil. Futbolçular şəxsən tanış olmaq və bundan özümün nəticə çıxarmağım daha yaxşı olar. Vengerlə məşqçilərin hər il təşkil olunan görüşlərində danışmışam. Əminəm ki, tezliklə, ya gələn həftə, ya da növbəti ay yenidən görüşəcəyik".

Qeyd edək ki, Emeri "Arsenal"ın sükanı arxasında məhz Vengeri əvəzləyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.