İdman

"Yuventus" yenə "Real"ın əsas oyunçusunu istəyir

13 İyul 2018 12:49
0 Şərh     Baxış: 1 836

"Yuventus" Braziliya yığmasının və "Real Madrid"in müdafiəçisi Marselonu da heyətinə qatmaqda maraqlıdır.

Milli.Az xəbər verir ki, "qoca sinyora" artıq Madrid klubunun ulduzu Kriştianu Ronaldunu 100 milyon avroya transfer edib.

Lakin "Yuventus" bu keçid üçün maliyyə baxımında çox əziyyət çəkməli olacaq. Çünki "Real" Marselo üçün 50 milyon avro qiymət qoyub. Futbolçu özü isə Madriddə 11 milyon avro qazanır.

Bu transferin reallaşması Aleks Sandrodan asılıdır. Sol cinah müdaifəcisi ilə PSJ, "Mançester Yunayted" və "Çelsi" maraqlanır.

Qeyd edək ki, əgər Marselonun keçidi baş tutsa, o, Ronaldudan sonra "Yuventus"a transfer olunan ikinci futbolçu olacaq.

Adil Nəcəfov
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.