İdman

"Uimbldon": Serena Uilyams 10-cu dəfə finalda

13 İyul 2018 12:08
0 Şərh     Baxış: 427

Tennisdə mövsümün üçüncü "Böyük dəbilqə" seriyalı turniri "Uimbldon"da həlledici mərhələlərin görüşləri keçirilir.  

Milli.Az apasport.az-a istinadən bildirir ki, qadınların mübarizəsində finalçılar müəyyənləşib.

Yuliya Qörqeslə qarşılaşan Serena Uilyamsa finala yüksəlmək üçün 1 saat 12 dəqiqə kifayət edib. İki set sonunda rəqibinə 6 qeym verən amerikalı raketka ustası 10-cu dəfə "Uimbldon"da finala yüksəlib.

Digər yarımfinal oyununda isə Anjelika Kerber Yelena Ostapenkoya qalib gəlib.

Uimbldon

Qadınlar, yarımfinal

Yelena Ostapenko (Latviya) - Anjelika Kerber (Almaniya) - 0:2 (3:6, 3:6)

Yuliya Qörqes (Almaniya) - Serena Uilyams (ABŞ) - 0:2 (2:6, 4:6)

Serena Uilyams və Anjelika Kerber arasındakı final matçı iyulun 14-də keçiriləcək. Qeyd edək ki, sözügedən iki tennisçi 2016-cı il "Uimbldon" finalında üz-üzə gəlmişdi. Oyun Serena Uilyamsın qələbəsi ilə yekunlaşmışdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.