İdman

Perişiç xəstəxanaya yerləşdirildi

12 İyul 2018 20:15
0 Şərh     Baxış: 1 313

Xorvatiya milli komandasının futbolçusu İvan Perişiç İngiltərə yığması ilə dünya çempionatının yarımfinal oyunundan sonra xəstəxanaya çatdırılıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu diz oynağını müayinə etdirib. Müayinənin nəticələri məlum deyil. O, qol və məhsuldar ötürmə müəllifi olduğu oyunda həm də zədə alıb. Eyni zamanda Perişiç matçın ən yaxşı futbolçusu seçilib. 

İngiltərə ilə qarşılaşmanın əsas vaxtında 1:1 hesablı heç-heçə qeydə alınıb. Əlavə vaxtda isə Xorvatiya daha bir qol vuraraq, adını finala yazdırıb. İyulun 15-də keçiriləcək həlledici görüşdə rəqib Fransa olacaq. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.