İdman

“Braziliya millisində problemlər kifayət qədərdir”

12 İyul 2018 17:30
0 Şərh     Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya çempionatının favorit komandası hesab olunan Braziliyanın mundialı tərk etməsi müzakirə olunmaqdadır.

Milli.Az goal. az-a istinadən xəbər verir ki, ölkə millisinin keçmiş baş məşqçisi Karlos Parreyra da müzakirələrə qoşulub. O, komandada problemlərin olduğunu, bəzi komponentlərin çatışmdığını bildirib: "Problemlər var və onları necə həll etmək barədə düşünməliyik. Komandada istedadlı futbolçuların çox olması hər şeyi həll etmir. Əks halda Braziliya bütün dünya çempionatlarının qalibi olardı. İstənilən komandada struktur, istedad , nəticəyə köklənmək varsa həmin komanda qalib gəlir. Bu komponentlərdən biri çarmırsa və ya ümumiyyətlə yoxdursa, qələbədən danışmaq olmaz. Dünya çempionatında mübarizə aparan Braziliya millisində struktur formalaşmamışdı, təcrübə yox idi. Yalnız dörd futbolçu əvvəlki mundiallarda iştirak etmişdi. Komandamız Belçika ilə oyunun ikinci hissəsində yaxşı oynadı. Amma unutmaq olmaz ki, dünya çempionatında hər şey nəzərə alınmalıdır. Əgər hansısa komponentdə "axsama" varsa, bu, oyunun nəticəsində özünü göstərəcək. Ümid edirəm ki, Braziliya millisi 2022- ci ildə Qətərdə keçiriləcək mundiala problemsiz gedəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.