İdman

İngilislər dünya çempionatına xüsusi metodla hazırlaşıb

12 İyul 2018 17:45
0 Şərh     Baxış: 702

İngiltərə millisi DÇ-2018 üçün maraqlı hazırlıq üsulu seçib.

Milli.Az goal.az-a xəbər verir ki, yığmanın gizlin şəkildə keçdiyi məşqlər barədə mediaya indi məlumat sızıb. İngiltərə yığması təxminən iki gün ərzində xüsusi təyinatlıların bazasında təlim-məşqdə olub. Bazada onlar "sağ qalmaq" kursunda iştirak ediblər. Baza İngiltərənin cənub-qərbində, Devon qraflığında yerləşir.

Futbolçular təlimin ilk günündə meşədə yatıblar və qidanı da özləri əldə ediblər. Ertəsi gün isə onları dərə-təpə ilə qaçmağa, çayın dayaz məcrası ilə üzməyə məcbur ediblər. İngiltərə DÇ-2018-in yarımfinalında Xorvatiyaya məğlub olub - 1:2.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.