İdman

FİFA-dan Xorvatiyaya növbəti xəbərdarlıq

12 İyul 2018 20:40
0 Şərh     Baxış: 1 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA Xorvatiya Futbol İttifaqına xəbərdarlıq edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, DÇ-2018 zamanı Xorvatiyaya edilən ikinci xəbərdarlıqdır. FİFA bu dəfə, qrup mərhələsində Nigeriya ilə keçirilən oyunda xorvat azarkeşlərin davranışına görə federasiyaya xəbərdarlıq edib. Həmin oyunda azarkeşlər stadiona xorvat millətçilərin simvollarını gətiriblər.

FİFA bu olaya görə Xorvatiyaya cərimə kəsməyib. Ali futbol qurumu bunu onunla əsaslandırıb ki, hadisə barədə Xorvatiya Futbol İttifaqı özü məlumat verib və simvolların yığışdırılmasını təmin edib.

Xorvatiya FİFA-dan ilk xəbərdarlığı yığma üzvü Domaqoy Vidanın "Yaşasın Ukrayna" şüarına görə almışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.