İdman

Sloveniyalı futbolçu: "Qarabağ"la dueldə uğura inanmalıyıq"

12 İyul 2018 19:42
0 Şərh     Baxış: 568

"Planımız "Qarabağ"a yüksək səviyyədə təzyiq göstərmək idi. Fikrimcə, bunu edə bildik. Bizim istifadə etməli olduğumuz 2-3 qol şansımız yarandı. Xüsusən də, ilk hissədə İssa Abassın epizoduna görə təəssüflənməliyik. Bu cür oyunlarda belə imkanları xərcləməməlisiniz".

Milli.Az report.az-a istinadən bildirir ki, bunu Sloveniyanın "Olimpiya" komandasının futbolçusu Rok Kronaveter Çempionlar Liqasının I təsnifat mərhələsinin evdə keçirdikləri ilk oyununda "Qarabağ"a 0:1 hesablı məğlubiyyəti şərh edərkən deyib.

Sloveniya millisinin 32 yaşlı yarımmüdafiəçisi Lyublyanada baş tutan ilk görüşdə uduzmalarına rəğmən, cavab matçında uğur qazanacaqlarına inandığını söyləyib: "Rəqibin oyununu gördük. Biz daha konkret olmalı və çox hücum etməliyik. Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş keyfiyyətli komandaya qarşı oynadıq. Bakıda daha çox təhlükəli olmağa və lazımı nəticə qazanmağa çalışacağıq. Hələ hər şey itirlməyib. Baş məşqçi dedi ki, başınızı dik tutun, döyüş hələ başa çatmayıb. Bu, hələ duelin yarısıdır. Uğura inanmalıyıq. Bunu edə bilərik. Qırmızı vərəqə alan İssa Abassız çətin olacaq. Amma baş məşqçi ona əvəzləyici tapacaq. Nə qədər ki, sağıq, qələbəyə inanacağıq".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.