İdman

"Beşiktaş"da köhnə tanışlar

12 İyul 2018 19:30
0 Şərh     Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş"ın baş məşqçisi Şenol Güneşin daha iki köməkçisi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, onların hər ikisi vaxtilə "qara qartallar"ın uğurları üçün çalışıb. Söhbət ispaniyalı Quti Hernandeslə Türkiyə millisinin sabiq hücumçusu İlhan Mansızdan gedir.

"Beşiktaş"ın sosial şəbəkə hesablarında onların işə başladıqlarına dair məlumat və birgə fotoları yayılıb. Hazırda Avstriyada təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qoşulan gənc mütəxəssislər bundan sonra "qara qartal"a məşqçi kimi xidmət göstərəcəklər.

İlhan Mansız 2001-2004-cü illər aralığında, Quti isə 2010/11 mövsümündə "Beşiktaş"-ın formasını geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.