İdman

"Səbail" Türkiyə klubuna qarşı

12 İyul 2018 11:08
0 Şərh     Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 9-dan Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" hazırlığın ikinci mərhələsi çərçivəsində bu gün ilk yoxlama görüşünə çıxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi yerli komanda ilə üz-üzə gələcək.

Rəqib millimizin hücumçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi" klubu olacaq. Ötən mövsüm Superliqanı tərk edən paytaxt təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.

Qeyd edək ki, Kızılcahamamda "Çam Thermal Resort & Spa Hotel"də məskunlaşan "Səbail" qonşu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Yoxlama görüşü

12 iyul

17:00. "Səbail" (Azərbaycan) - "Gənclərbirliyi" (Türkiyə)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.