İdman

"Neftçi" ilə oyuna gələn Macarıstan klubunun 2 futbolçusuna viza verilməyib

12 İyul 2018 08:20
0 Şərh     Baxış: 1 950

"Neftçi" ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu ilə əlaqədar Bakıya gələn Macarıstanın "Uypeşt" klubunun 2 futbolçusu problemlə üzləşib.

Milli.Az "Report"a istinadən bildirir ki, malili yarımmüdafiəçi Diallo Alassan və nigeriyalı hücumçu Obinna Emmanuel Nvobodoya hava limanında viza verilməyib. Hər iki oyunçu bu gün səhər saatlarında adi reyslə Macarıstana göndəriləcəklər. Beləliklə, baş məşqçi Neboyşa Vinyeviçin sərəncamında cəmi 17 futbolçu qalıb.

Bundan başqa "Uypeşt"i çarter reysi ilə gətirən 36 nəfərlik təyyarə yolda benzin doldurmaq üçün iki dəfə - Türkiyənin Bursa və Trabzon hava limanlarına eniş edib. Bu səbəbdən, Budapeştdən yerli vaxtla saat 9:30-da yola çıxan heyət Heydər Əliyev Hava Limanına saat 18:40-da çatıb. "Uypeşt" aeroport yaxınlığındakı "Şeraton Baku" otelində məskunlaşıb.

Bakıya gec çatdıqlarından, budapeştlilər "Dalğa Arena"da məşqə çıxa bilməyiblər və baş məşqçinin mətbuat konfransı ləğv olunub.

Bütün çətinliklərə və yorğunluqlara rəğmən, "Uypeşt"in futbolçusu Daniel Nad bugünkü qarşılaşmada daha yaxşı çıxış etməyə çalışacaqlarını bildirib. O, Bakı barədə ilkin təəssüratlarının müsbət olduğunu da vurğulayıb: "Yol çox yorucu oldu, xeyli səfər etdik və yorulduq. Bununla belə, bütün çətinliklərin öhdəsindən gəlməliyik. Ən yaxşı formanı yığmaq üçün mümkün olan hər şeyi edəcəyik. İlkin təəssüratlarımız yaxşıdır. Bizi təmiz və gözəl ətraf mühit qarşıladı. Otel əladır. Elə bir yerdəyik ki, şərait bizə dincəlməyə və böyük günə hazırlaşmağa imkan verir".

Qeyd edək ki, bu gün "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Uypeşt" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.