İdman

“Qarabağ”ın mümkün rəqiblərindən qolsuz bərabərlik - YENİLƏNİB

12 İyul 2018 07:15
0 Şərh     Baxış: 1 400

Bu gün Çempionlar Liqasında (AL) I təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 8 qarşılaşması dünən baş tutan mərhələdə eyni sayda görüş keçirilib.

Bu matçların birində Azərbaycan çempionu "Qarabağ" Sloveniya "Olimpiya"nın qonağı olubsa, təmsilçimizin mümkün rəqibləri də ilk matçlarını keçiriblər. Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqib olmaq üçün "Kukesi" və "Valletta" qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib.

Məğlubiyyətlə Avropa Liqasına (AL) yollanacaq "Ludoqorets"lə "Kruzaders" arasında duelin zəifi "Qarabağ" - "Olimpiya" cütünün uduzanı ilə görüşəcək. Şimali irlandların mübarizəni AL-də davam etdirəcəyini artıq əminliklə söyləmək olar. Çünki Bolqarıstan təmsilçisi doğma arenasında rəqib qapısından 7 cavabsız top keçirərək, cavab matçını formallığa çevirib.

Çempionlar Liqası

I təsnifat  mərhələsi, ilk oyunlar

11 iyul

"Astana" (Qazaxıstan) - "Sutyeska" (Monteneqro) - 1:0

Qol: Murtazayev, 29 (pen.)

"Spartak" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina) - 1:0

Qol: Jirka, 79

"Suduva" (Litva) - APOEL (Kipr) - 3:1

Qollar: Kikiliya, 9, 13, 19 - Kayu, 90+4

"Spartak" (Latviya) - "Srvena Zvezda" (Serbiya) - 0:0

"Ludoqorets" (Bolqarıstan) - "Kruzaders" (Şimali İrlandiya) - 7:0

Qollar: Marselinyo, 25, 66; Braun, 40 (avtoqol); Keseru, 53; Şverçzok, 73, 78, 80

"Kukesi" (Albaniya) - "Valletta" (Malta) - 0:0

"Olimpiya" (Sloveniya) - "Qarabağ" (Azərbaycan) - 0:1

Qol: Vild-Donald Gerye, 79

"Valyur" (İslandiya) - "Rusenborq" (Norveç) - 1:0

Qol: Siqurbyornsson, 84

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.