İdman

“Bakıda bizi daha ağır oyun gözləyir” – Qurban Qurbanov

12 İyul 2018 08:02
0 Şərh     Baxış: 1 137

"Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasında mübarizəyə qoşulan Azərbaycan çempionu I təsnifat mərhələsinin ilk oyununda "Olimpiya"nın qonağı olub. Lyublyanada baş tutan qarşılaşmada təmsilçimiz meydanı 1:0 hesablı qələbə ilə tərk edib.

Qurbanov oyunsonrası mətbuat konfransında komandanın çıxışını dəyərləndirib: "Olimpiya" bir daha yaxşı komanda olduğunu göstərdi. Futbolçularım meydanda çox güc sərf etdilər. Düzdü, bu gün minimalhesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Bu oyuna tam ciddi hazırlaşmalıyıq".

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 18-də keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.