İdman

Xorvatiya Fransaya, İngiltərə Belçikaya rəqib oldu

12 İyul 2018 07:06
2 Şərh     Baxış: 1 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada keçirilən dünya çempionatının ikinci finalçısı müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna yarımfinalda baş tutan Xorvatiya - İngiltərə matçında aydınlıq gəlib.

İngilislər erkən qolla hesabı açmalarına baxmayaraq, öncə status-kvonu bərpa edən Xorvatiya əlavə olunmuş dəqiqələrdə daha bir qol vuraraq, 2:1 hesablı qələbə qazanıb.

Beləliklə, final qarşılaşması iyulun 15-də Fransa ilə Xorvatiya arasında keçiriləcək. Bundan bir gün əvvəl isə Belçika ilə İngiltərə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.