İdman

Çempionlar Liqası: "Qarabağ" Sloveniyadan qələbə ilə dönür - YENİLƏNİB - VİDEO

11 İyul 2018 23:58
4 Şərh     Baxış: 2 642

23:58

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümünə start verilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son 5 mövsümün çempionu "Qarabağ" mübarizəyə qoşulub.

Çempionlar Liqasında çıxış edən təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Ağdam klubu Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşmada qüvvəsini sınayıb. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirib. Lyublyananın "Stojitse" stadionunda baş tutan qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Azərbaycan çempionu Vild-Donald Geryenin yeganə qolu sayəsində səfərdən qalibiyyətlə dönüb və cavab matçı öncəsi ciddi üstünlük əldə edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun
 

11 iyul

"Olimpiya" (Sloveniya) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Vild-Donald Gerye, 79

Sarı vərəqələr: Marko Putinçanin, 24 - Qara Qarayev, 31; Vild-Donald Gerye, 73; Bədavi Hüseynov, 85

Qırmızı vərəqələr: Abass İssa, 85 - Qara Qarayev, 90+1

Baş hakim: Lourense Visser
Baş hakimin köməkçiləri: Karel de Roker, Co de Veyrdt
Dördüncü hakim: Bram van Drieşe (hamısı Belçika) 
Hakim-inspektor: Paulius Maljinskas (Litva)

Lyublyana, "Stojitse" stadionu.

"Olimpiya" (Sloveniya): 31. Alyaj İvaçiç, 3. Makki Baqnak, 5. Marko Qayiç, 7. Rok Kronaveter (10. Qoran Brkiç, 81), 17. Abass İssa, 27. Aris Zarifoviç (k), 44. Dino Ştiqleç, 70. Marko Putinçanin, 77. Stefan Saviç (29. Matiç Çrniç, 71), 90. Tomislav Tomiç, 95. Daniel Avramovski (21. Kinqsli Boatenq, 88)

Ehtiyat oyunçular: 41. Neyts Vidmar, 4. Leo Eyup, 8. Daniyel Mişkiç, 23. Nik Kapun

Baş məşqçi: İliya Stolitsa

"Qarabağ" (Azərbaycan): 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdullah Zubir (14. Rəşad Sadıqov, 90+3), 19. Filip Ozobiç (10. Dani Kintana, 63), 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Vild-Donald Gerye, 91. Coşqun Diniyev (6. Simeon Slavçev, 46)

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

---------

23:39

"Olimpiya" (Sloveniya) - "Qarabağ" (Azərbaycan) - 0:1

Qol: Vild-Donald Gerye (79-cu dəqiqə)

---------

22:01

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümünə start verilir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son 5 mövsümün çempionu "Qarabağ" mübarizəyə qoşuldu.

Çempionlar Liqasında çıxış edəcək təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Ağdam klubu Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşmada qüvvəsini sınayır.

Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirəcək. Lyublyananın "Stojitse" stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:00-da başladı.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
 

11 iyul

"Olimpiya" (Sloveniya) - "Qarabağ" (Azərbaycan) - 0:0
Baş hakim: Lourense Visser
Baş hakimin köməkçiləri: Karel de Roker, Co de Veyrdt
Dördüncü hakim: Bram van Drieşe (hamısı Belçika) 
Hakim-inspektor: Paulius Maljinskas (Litva)

Lyublyana, "Stojitse" stadionu.

"Olimpiya" (Sloveniya): 31. Alyaj İvaçiç, 3. Makki Baqnak, 5. Marko Qayiç, 7. Rok Kronaveter, 17. Abass İssa, 27. Aris Zarifoviç (k), 44. Dino Ştiqleç, 70. Marko Putinçanin, 77. Stefan Saviç, 90. Tomislav Tomiç, 95. Daniel Avramovski

Ehtiyat oyunçular: 41. Neyts Vidmar, 4. Leo Eyup, 8. Daniyel Mişkiç, 10. Qoran Brkiç, 21. Kinqsli Boatenq, 23. Nik Kapun, 29. Matiç Çrniç

Baş məşqçi: İliya Stolitsa

"Qarabağ" (Azərbaycan): 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Vild-Donald Gerye, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Olimpiya - Qarabag 0-1 Icmal 2018 (Olimpija 0-1 Karabakh)

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 İyul 23:5471

    Halal olsun Qarabaqa

    Cavab yaz
  • Anonim
    Platin · 11 İyul 23:5951

    ilk qələbə, davamı gəlsin...

    Cavab yaz
  • Anonim
    elvo · 12 İyul 00:5621

    Mən inanırdım ki Qarabağ udacaq onu.ermənilərnən farslar deyəsən qəzəblənib.onlar Qarabağın uduzmağını istəyirdilər.o komanda da erməni futbolçu var

    Cavab yaz
  • Anonim
    AYSEL · 12 İyul 10:4001

    qarabaqqqqqqqq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.