"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, son ölkə çempionu Premyer Liqanın digər təmsilçisi "Leyçester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrezi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əlcəzairli oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Siti bu transferə görə qarşı tərəfə 60 milyon funt-sterlinq təzminat ödəyib. Bu isə sözügedən klubun tarixində rekord transfer hesab olunur. Bundan əvvəlki rekord isə elə bu ilin yanvar ayında İspaniyanın Athletc" klubundan transfer olunmuş Emerik Laporta məxsus idi - 57 milyon avro.
2014-cü ildə "Le Havre"dan 400 min funt-sterlinqə "Leyçster"ə transfer olunan Əlcəzair yığmasının üzvü bu komandanın 2015/16 mövsümündəki sürpriz çempionluğunda önəmli pay sahiblərindən biri olmuş və Premyer Liqada ilin futbolçusu seçilmişdi.
Milli.Az