İdman

İngiltərə Xorvatiyaya qarşı

11 İyul 2018 16:17
1 Şərh     Baxış: 686

Bu gün DÇ-2018-də yarımfinal mərhələsinə yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ikinci finalçı Xorvatiya və İngiltərə arasında matçda müəyyənləşəcək.

Rəqiblər Rusiyanın paytaxtı Moskvada üz-üzə gələcək. 1966-cı ildən sonra 52 ildi çempionluğa həsrət olan İngiltərə millisi kuboka bir addım da yaxınlaşmağa çalışacaq.

Xorvatiya yığması isə tarixində ilk dəfə finalda oynamaq arzusundadır. DÇ-1998-dəki rekordunu - bürünc medalı yaxşılaşdırmaq əzmində olan balkanlılar məğlub olmadıqları mundialdakı uğurlu çıxışı davam etdirmək üçün mübarizə aparacaq.

DÇ-2018

Yarımfinal

11 iyul

22:00. Xorvatiya - İngiltərə

Hakimlər: Cüneyt Çakır, Bahettin Duran, Tarik Ongun (hamısı Türkiyə), Byorn Kuypers (Hollandiya)

Moskva. "Lujniki" stadionu

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 İyul 21:3610

    Xorvatiyaya uqurlar...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.