İdman

Millimiz Almaniyada

11 İyul 2018 15:27
0 Şərh     Baxış: 412

Sentyabrın 20-də Bakıda start götürəcək cüdo üzrə dünya çempionatına hazırlıqlarını davam etdirən milli komandamızın üzvləri hazırda Almaniyadadır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli cüdoçularımız həftəsonu Saarbrüken şəhərində keçiriləcək açıq Avropa kuboku yarışında mübarizə aparacaqlar. Almaniya turnirində qitənin ən güclü cüdo ustaları medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, milli komandamız ötən həftə İspaniyanın Kastelldefels şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplantısında da iştirak edib. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Yaponiya, Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Braziliya və digər ölkələrin yığmaları qatılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.