İdman

Fabreqas "Çelsi"ni İtaliya klubuna dəyişə bilər

11 İyul 2018 19:06
0 Şərh     Baxış: 654

"Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını "Napoli"də davam etdirə bilər.

Milli.Az apasport.az-a  istinadən xəbər verir ki, ispan futbolçunun Jorjinyonun transferi qarşılığında Neapol təmsilçisinə göndərilmək ehtimalı var.

Daha öncə "Çelsi"nin Jorjinyonu 65 milyon avro qarşılığında transfer etdiyi barədə xəbərlər yayılsa da, son informasiyaya görə, "Napoli" prezidenti Aurelio De Laurentis Fabreqasın keçidin parçası olmasında israr edir.

Qeyd edək ki, "Napoli"nin sabiq baş məşqçisi Mauritsio Sarrinin bu günlərdə "Çelsi"yə baş məşqçiyə təyin olunacağı gözlənilir

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.