İdman

"Uimbldon": Serena Uilyams yarımfinalda

11 İyul 2018 13:25
1 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tennisdə mövsümün üçüncü "Böyük dəbilqə" turniri "Uimbldon"da növbəti gün geridə alıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, qadınların mübarizəsində yarımfinalçılar müəyyənləşib.

"Uimbldon"un 7 qat qalibi Serena Uilyams çətinlik çəkməsinə baxmayaraq, 1 saat 46 dəqiqə davam edən oyun sonuna Kamila Corcini məğlub edərək, adını sön dördlüyə yazdırıb. Onunla yanaşı, Anjelika Kerber, Yelena Ostapenko və Yuliya Qörqes də mərhələ adlayıblar.

Uimbldon

Qadınlar

1/4 final

Darya Kasatkina (Rusiya) - Anjelika Kerber (Almaniya) - 0:2 (3:6, 5:7)

Dominika Çibulkova (Slovakiya) - Yelena Ostapenko (Latviya) - 0:2 (5:7, 4:6)

Kiki Bertens (Hollandiya) - Yuliya Qörqes (Almaniya) - 1:2 (6:3, 5:7, 1:6)

Serena Uilyams (ABŞ) - Kamila Corci (İtaliya) - 2:1 (3:6, 6:3, 6:4)

Qeyd edək ki, yarımfinalda Yelena Ostapenko Anjelika Kerberlə, Serena Uilyams isə Yuliya Qörqeslə qarşılaşacaq. Oyunlar iyulun 12-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.