İdman

İtaliyada görünməmiş transfer

10 İyul 2018 23:24
1 Şərh     Baxış: 2 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kriştianu Ronaldo İtaliya futbolu tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün "Real"dan "Yuvetus"a keçən portuqaliyalı ulduz Apennin ölkəsində ən bahalı transfer olub.

Öncə qiymətinin 105, sonradan isə 112 milyon avro olduğu açıqlanan portuqaliyalı Qonsalo İquaynın rekordunu qırıb. Argentinalı iki il öncə "Napoli"dən "Yuventus"a 90 milyona keçmişdi.

3-cü yerdə isə 2000-ci ildə "Parma"dan "Latsio"ya keçən Ernan Krespodu. Onun transferi  58,81 milyona gerçəkləşmişdi.

Futbol tarixinə 5-ci baha transfer kimi düşən Ronaldo "Top-10"da iki dəfə adı hallanan ikinci oyunçudu. O, həm də 30 yaşdan yuxarı oyunçular arasında mütləq rekordçudu.

Qeyd edək ki, 33 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Futbol tarixinin 10 ən bahalı transferi

Futbolçu

Ölkə

Haradan

Hara

İl

Məbləğ

Neymar

Braziliya

Barselona

PSJ

2017

222,00

Killian Mbappe

Fransa

Monako

PSJ

2018

180,00

Filippe Koutinyo

Braziliya

Liverpul

Barselona

2018

125,00

Usman Dembele

Fransa

Borussiya D

Barselona

2017

115,00

Kristianu Ronaldo

Portuqaliya

Real

Yuventus

2018

112,00

Pol Poqba

Fransa

Yuventus

Mançester Y.

2016

105,00

Qaret Beyl

Uels

Tottenhem

Real

2013

101,00

Kristianu Ronaldo

Portuqaliya

Mançester Y.

Real

2009

94,00

Qonsalo İquayn

Argentina

Napoli

Yuventus

2016

90,00

Neymar

Braziliya

Santos

Barselona

2013

88,20

Qeyd: məbləğ milyon avro ilə göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.