İdman

Araz Abdullayev yeni klubundan qaçdı - 2 illik müqavilə imzalamışdı

10 İyul 2018 19:06
0 Şərh     Baxış: 1 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın "Panionios" klubu ilə müqavilə imzalayan Araz Abdullayev Bakıya qayıdıb. 

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu yenicə müqavilə bağladığı Yunanıstan təmsilçisindən ayrılıb. Abdullayev şəxsi problemlərini əsas gətirərək, Bakıya geri dönüb. Belə ki, Araz "Panionios"un heyətində cəmi bir məşq edib və məşçi ilə danışdıqdan sonra geri dönüb. 

Onun "Panionios" klubunun düşərgəsinə qayıtmayacağı dəqiqdir. O, şəxsi "instaqram" hesabında "Panionios"la bağlı paylaşdığı şəkli də silib. 

Araz Abdullayev "Panionios"la 2 illik müqavilə imzalamışdı. Yunanıstan klubu Araza görə "Qəbələ"yə 80 min dollar ödəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.