İdman

Diniyev “9”larla vidalaşır

10 İyul 2018 18:06
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu "Qarabağ"ın futbolçusu Coşqun Diniyev üçün əlamətdar ola bilər.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, 23 yaşlı yarımmüdafiəçi "Olimpiya" ilə Sloveniyadakı matçda meydana çıxsa,  Ağdam klubunda yubiley matçını keçirəcək.

Belə ki, Diniyev "Qarabağ"da 100-cü oyunun astanasındadı. 2015-ci ildə "İnter"dən (indiki "Keşlə") Ağdam klubuna keçən yarımmüdafiəçi indiyədək 99 qarşılaşmada forma geyinib. Onun hesabında 5 qol var. "99"la vidalaşacaq yarımmüdafiəçi 100-ü səfər matçında fəth etməyə yaxındı.

Coşqun Premyer Liqada 75 oyuna çıxıb və 3 qol sevinci yaşayıb. Azərbaycan kubokunda 14 dəfə "Qarabağ"ın formasını geyinən futbolçu 2 dəfə rəqib qapılarına yol tapıb.

Diniyev avrokuboklarda 10 dəfə indiki klubunun şərəfini qorusa da, qola həsrət qalıb. Bu görüşlərin 7-si Çempionlar Liqası, 3-ü Avropa Liqasına təsadüf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.