İdman

Millimizin üzvü "Bursaspor"dan gedə bilər

10 İyul 2018 13:47
0 Şərh     Baxış: 414

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökcü "Bursaspor"u tərk edə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisi onu icarəyə vermək barədə düşünür.

Baş məşqçi Samet Aybaba iyulun 12-dən etibarən keçirəcəkləri yoxlama görüşlərində həm ona, həm də digər gənclərə özlərini göstərmək imkanı verəcək. Lakin çalışdırıcı indiki durumda Kökcü ilə yanaşı, Alper Adəmoğlunun başqa klubda təcrübə toplamasının tərəfdarıdır. Komandanın yarımmüdafiə xəttində oyunçu sayının çoxluğunu nəzərə alan Aybaba adıçəkilən gənclərin ehtiyatda oturmalarını istəmir. Digər gənclərdən Emirhan Aydoğandan məmnun qalan baş məşqçi yeni transfer Yani Atanasovla bağlı qərar verməkdə çətinlik çəkir.

Ötən mövsümü icarə əsasında "Vaalvejk"də keçirən Ozan Can Kökcünün "Bursaspor"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.