İdman

"Qarabağ"a qol vuran futbolçu Qanada ən yaxşı seçildi

10 İyul 2018 20:55
1 Şərh     Baxış: 478

"Atletiko"nun oyunçusu Tomas Partey Qanada ilin futbolçusu seçilib. 

Milli.Az goal.az -a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Qananın paytaxtı Akkradadakı Marriott otelində keçirilən mərasimdə ən yaxşı futbolçu mükafatına sahib çıxıb.

O, bu nominasiyada "Swansea City"nin futbolçusu Cordan Ayu və "Aston Villa"nın oyunçusu Albert Adomanı geridə qoyub.

Tomas Partey 2017-2018 mövsümündə "Atletiko"nun heyətində bütün turnirlər daxil olmaqla 50 matçda iştirak edib və 5 qol vurub. O, Çempionlar Liqasının qrup mərhələsində Madriddə "Qarabağ"la keçirilən qarşılaşmada da fərqlənib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Daglı · 10 İyul 23:5010

    Qarabagı təbrik edək bu münasibətlə?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.