İdman

"Fransa Belçika millisinə çox bənzəyir" - Roberto Martines

10 İyul 2018 11:08
0 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Unikal imkanımız olacaq. Biz həyəcanlıyıq. Bütün Belçikaya 10-15 il ərzində edilənlərin hədər olmadığını sübut etmək istəyirik.

Milli.Az qol.az-a istinadən bildirir ki, bu sözləri Belçika millisinin baş məşqçisi Roberto Martines DÇ-2018-in yarımfinalında Fransa ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, 90 dəqiqə ərzində diqqətli olmağa çalışacaqlarını bildirib: "Braziliya ilə oyunda komandamın çıxışdan məmnun qaldım. Ancaq indi ən vacibi Fransa ilə görüşdür. Braziliya ilə oyundan sonra arxayınlaşdıq? Dünya çempionatında bütün matçlar önəmlidir.  Bu səviyyədə rahatlaşa bilməzsinz. Fransa Belçika millisinə çox bənzəyir. 90 dəqiqə diqqətli oynamalıyıq. Əks təqdirdə, rqib bizi cəzalandıracaq"

R.Martines komandanın oyunçusu Kevin de Brüyne haqda da müsbət fikirlər  səsləndirib: "Braziliya ilə oyuna qədər Brüyneyə bir az haqsız münasibət var idi. O, Tunis və Panama ilə görüşlərdə də çox önəmli işlər görürdü. Amma Braziliya ilə oyunda bu qədər faydalı deyildi. De Brüynenin xüsusi keyfiyyətləri var. O, bütün rollarda yaxşı çıxış edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.