İdman

“Qarabağ” daha bir əcnəbi qapıçı alır?

10 İyul 2018 10:23
1 Şərh     Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" daha bir qapıçı transferində maraqlıdı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

Bildirilir ki, Alessandro Yakobuççi Ağdam klubuna keçə bilər. 3 ildi formasını geyindiyi "Virtus Entella" ilə yollarını ayıran 27 yaşlı qolkiper hazırda azad agent statusu daşıyır. Sabiq "Parma"lının iki klubdan birinə keçəcəyi bildirilir ki, namizədlərdən biri "Qarabağ", digəri isə "Olimpiakos"du.

Karyerası ərzində yalnız İtaliyada çıxış etmiş Alessandro Yakobuççi "Siena" və "Parma"dakı oyunu ilə daha çox yadda qalıb. O, ölkəsinin U-20 yığmasının heyətində 8 oyunda meydana çıxıb.

Qeyd edək ki, "Qarabağ" yay fasiləsində qapı xəttini Hannes Halldorsson və Vaqner da Silva ilə gücləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.