İdman

Şəhriyar Məmmədyarov 8-ci olub, 15 min dollar qazandı

25 İyun 2018 11:19
1 Şərh     Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahmat üzrə "Grand Chess Tour" seriyasında daha 1 mərhələ başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən mərhələ azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov üçün uğursuz alınıb.

Belə ki, rapid növündə 9-cu olan həmyerlimiz blitsdə 8-ci olub. O, 17 oyunda 8,5 xal toplayıb. Nəticədə Məmmədyarov 2 yarışın nəticəsinə əsasən 15,5 xalla Paris mərhələsini 8-ci yerdə bitirib. Bu, həmyerlimizə 15 min dollar qazandırıb. İlk pilləni isə Hikaru Nakamura tutub. 23 xala malik amerikalı 37,500 dollar da irəli düşüb.

10 ən güclü şahmatçının iştirakı ilə keçirilən "Grand Chess Tour"un III mərhələsi avqustun 9-16-da Sent-Luisdə (ABŞ) olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.