İdman

DÇ-2018: Salah millini tərk edir?

25 İyun 2018 11:24
0 Şərh     Baxış: 1 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir yığmasının mətbuatla iş üzrə departamentinin nümayəndəsi Usama İsmail komandanın lideri Məhəmməd Salahın Ramazan Kadırova görə yığmanın düşərgəsini tərk etməyə hazırlaşdığına dair yayılan informasiyaya münasibət bildirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, misirli futbolçu yazılanların əksinə, hazırda komandanın düşərgəsindədir.

"Belə bir şey yoxdu. Salah hazırda məşq düşərgəsindədi və həmkarları ilə birlikdə çalışmalarını davam etdirir. O, delaqasiyanın rəhbərliyinə bu barədə heç nə deməyib. CNN-in bu məlumatı hardan əldə etdiyini bilmirəm. Hətta Salah indi bizlədi. Birlikdə yemək yeyirik", - Usama bildirib.

Qeyd edək ki, Misir yığması bu gün Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.