İdman

“Düz yoldayıq” – Sənan Qurbanov

24 İyun 2018 13:31
0 Şərh     Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kukesi" yetərincə ciddi rəqib idi. Məlumat toplamaq üçün yaxşı qarşılaşma oldu".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Sloveniyada hazırlıqları davam etdirən "qırmızı-qaralar" ilk yoxlama oyunu keçiriblər. Əyalət klubu Albaniya təmsilçisi "Kukesi" ilə üz-üzə gəlib.

1:1 hesablı bərabərlikdən sonra matç haqqında fikirlərini klub saytı ilə bölüşən Qurbanov oyunun səmərəli keçdiyini deyib: "Matçdan öncə yaxşı məlumat yığacağımıza ümid edirdik. Sloveniya toplanışına 3 gün öncə başladığımızı nəzərə alsaq, bu oyundan, xüsusilə də ikinci hissədən razı qaldım. Fiziki hazır olduğumuzu deyə bilmərik. Buna görə də elə oyun üslubu seçmişdik ki, futbolçularımız az qaçsınlar, topla davransınlar, sıx oynasınlar. "Kukesi" ilə qarşılaşmada oyunçuların buna cəhd etdiklərini görə bildim. Demək olar ki, futbolçular düz yoldadı. Matçdan istədiklərimi aldım. Oyunu analiz edəcəyik. Toplanışa onun üçün gəlmişik ki, səhvlərimizin üzərində işləyək. Futbolçulardan oyunlar zamanı aldıqlarımızı daha da çoxaltmaq istəyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.