İdman

Azərbaycan gimnastı Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarında çıxış edəcək

23 İyun 2018 21:24
Baxış: 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan gimnastı Səməd Məmmədli 2018-ci il oktyabrında Buenos-Ayresdə (Argentina) keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, idman gimnastikası üzrə təsnifat yarışlarının yekunlarına əsasən S.Məmmədli çoxnövçülükdə 77,931 bal toplayaraq Yeniyetmələrin Olimpiya Oyunlarında iştirak edəcək 17 idmançı arasında yer alıb.

Digər Azərbaycan gimnastı Ağamurad Qəhramanov 74,032 bal toplayaraq 12-ci yerdə qərarlaşıb. Lakin hər ölkədən bir oğlan və bir qız gimnastının Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı olduğunu nəzərə alınaraq A.Qəhrəmanov oyunlarda iştirak etməyəcək.

Azərbaycanı qızlar arasında təmsil edən Samirə Qəhrəmanova ümumilikdə 43,665 bal toplayaraq 27-ci yerdə qərarlaşıb və Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazana bilməyib.

İlin ən mötəbər turnirinin təsnifatında 32 ölkədən ümumilikdə 44 qız və 52 oğlan gimnast iştirak ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.