İdman

DÇ-2018: Lionel Messiyə nə olub?

23 İyun 2018 19:07
0 Şərh     Baxış: 2 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya 2018-i erkən tərk etməyə çox yaxın olan Argentina yığmasının uğursuz çıxışı ilə yanaşı, tarixin ən yaxşı futbolçularından birinin də ən zəif oyununa şahid oluruq.

Argentinanın ötən həftə 3-0 nəticə ilə Xorvatiyaya məğlub olduğu gün Lionel Messinin soyunub-geyinmə otağına məyus şəkildə gedərkən çəkilmiş şəkili artıq 2018 Dünya Kubokunun ən simvolik fotolarından birinə çevrilib.

Dünyanın Ən Yaxşı Oyunçusu titulunun beşqat sahibi Messi, iki oyunda nə qol vurub, nə də qolun təşkilində rol oynaya bilib.

Hətta İslandiyaya qarşı oyunda penalti zərbəsi də uğursuzluqla nəticələnib.

Görünür ki, Cənubi Amerika komandası 2002-ci il turnirindən bu yana ikinci dəfə qrup mərhələsini keçə bilməyəcək.

30 yaşlı Messinin bundan sonra ən az bir dəfə də Dünya Kubokunda çıxışını gözləmək məntiqli səslənir.

Lakin bir çox ekspertə görə, Rusiya 2018 onun Argentina tərkibində böyük titul qazanmaq üçün son şansıdır.

Milli komanda üçün ən böyük uğur 2008-ci il Pekin Olimpiadasında olub. Heç bu mövsüm Barselona tərkibində də o, yaxşı çıxış etməyib.

Yerli liqa/kubok üzrə qalib gəlməsinə baxmayaraq, katalonlar UEFA Çempionlar Liqasının dörddə bir finalına ardıcıl olaraq üçüncü dəfə vəsiqə qazana bilməyib.

Əvəzində əsas rəqibləri Real Madridin qitə üzrə ardıcıl üçüncü qələbəsini izləmək məcburiyyətində qalıblar. Messinin bu mövsümkü zəif çıxışına təsir göstərən bir neçə faktor ola bilər. Onları aşağıda təqdim edirik:

Messi-nin çıxışına təkrar zədələr və yorğunluq təsir göstərirMessi-nin çıxışına təkrar zədələr və yorğunluq təsir göstərir

1)Fiziki olaraq yorğundur

2017/18 mövsümündə Messi 54 matçda çıxış edib. Bu, 2014/15 mövsümündən bəri və son beş ildə onun ən çox çıxış etdiyi mövsümdür.

Transfermarkt statistika səhifəsinə əsasən, o, 4468 dəqiqə çıxış edib və meydançada orta hesabla 82.7 dəqiqə keçirib.

Bununla belə, Barselona üçün mövsümü 45 qol və 18 qol ötürməsi ilə başa vurub.

2) Cüzi zədə

2018-ci ilin aprel ayında Argentina qəzeti Clarin milli komanda mənbəyinə əsasən, Messinin sağ budunda cüzi zədə olduğu xəbərini yayıb.

Bu isə onun yaxın məsafəyə qaçışı və sürətini dəyişməsində əngəl yaradırdı.

Problem, Argentinanın İtaliya və İspaniya ilə dostluq qarşılaşmasından sonra ictimailəşir.

İspaniya ilə oyunda isə Messi komanda yoldaşlarının 6-1 hesablı məğlubiyyətini izləməli olur.

3) Ola bilsin ki, Argentina yığması yaxşı oynamır

Argentina Rusiya 2018 üçün Cənubi Amerika seçmə turniri çərçivəsində bərbad çıxış etmişdi. Kubokun qrup mərhələsində yerini isə komanda son anda liqa formatlı turnirdə tuta bilmişdi.

Messi 7 qol ilə yarışda Argentinanın ən çox qol vuran oyunçusu olmuşdu.

Bununla belə, azarkeşlər və media komandanın çıxışını tənqid etmişdilər.

Keçən Dünya Çempionatının finalına çıxsa da, Almaniyaya əlavə olunmuş dəqiqələrdə bir qol ilə məğlub olan Argentina çempionatda sonuncu dəfə 1986-cı ildə qalib gəlib.

1993-cu ilin Kopa Amerikasından sonra, onlar heç bir əsas turnirdə qalib gəlməyiblər və hətta 2004 və 2008-ci illərdə ardıcıl Olimpiada qələbəsi belə, vəziyyəti dəyişmir.

Messi və Ronaldonun çıxışları çox fərqlidirMessi və Ronaldonun çıxışları çox fərqlidir

4) Bəlkə günahkar Ronaldodur?

Artıq on ildən çoxdur ki, həm yaxşı, həm də pis mənada təşbehinə çevrilən rəqibinin çıxışı da Messidə ruh düşkünlüyü yarada bilər.

Cristiano Ronaldonun ulduzu Rusiya 2018-in ilk günündən parlayıb.

Açılış oyununda İspaniyaya üç dəfə qol vuran Ronaldonun sərbəst vuruşu uzun müddət yaddaşlardan silinməyəcək.

Mərakeş ilə oyunda kəllə vuruşu vasitəsilə atdığı qol oyunun həlledici qolu olub.

Kubok çərçivəsində hələ ki, Ronaldo yaddaqalan çıxışı fərqləndiyi halda, Messinin yeganə fərqli hərəkəti İslandiyaya vura bilmədiyi penalti zərbəsidir.

Və iki il əvvəl Ronaldo komandasını beynəlxalq qələbə Avro 2016-ya çatdıraraq Messinin nail ola bilmədiyi uğura imza atmışdı.

Ronaldo çempionat boyunca mükəmməl oyun göstərsə də, finalda, 22-ci dəqiqədə zədələnib oyunu kənardan məşqçi kimi idarə edərək izləmək məcburiyyətində qalmışdı.

Messinin də eyni aqibəti yaşamaq riski var. Bir fərqlə: səbəb zədə olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.