İdman

Bakıda Milli Gimnastika Arenası öz müsbət aurası ilə heyran edir - Türkiyəli gimnast

23 İyun 2018 18:53
Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Milli Gimnastika Arenası öz müsbət aurası ilə heyran edir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə jurnalistlərə Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarında iştirak edən türkiyəli gimnast Mehmet Ayberk Kosak bildirib.

İdmançı deyib: "Yarış çox yüksək səviyyədə təşkil olunub. Milli Gimnastika Arenası öz öz müsbət aurası ilə heyran edir. Yarışda biz çoxlu yeni dost qazandıq".

O, yaxşı çıxış edəcəyinə ümid etdiyini bildirib: "Təmiz çıxış etmək və 100 faiz gücü ortaya qoymaq vacibdir. Bizdən əvvəlki rotasiyada gimnastlar çox yaxşı çıxış etdilər və onlardan üstün olmaq üçün çalışmaq lazımdır".

Bu gün Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları keçirilir.

Buenos-Ayresdə təşkil olunacaq (6-18 oktyabr, 2018-ci il) bu Oyunlara vəsiqə qazanan kişi və qadın idman gimnastlarının adları məhz paytaxtımızda açıqlanacaq.

Qeyd edək ki, ilin ən mötəbər turnirinə lisenziya qazanmaq üçün 32 ölkədən 52 kişi və 44 qadın idman gimnastlarının çıxışları gözlənilir. Kişi gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparır.

Ölkəmizi bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edir.

Təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə getmək şansı əldə edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.