İdman

"VAR, sadəcə, seçilmiş komandaların lehinə işləyir"

23 İyun 2018 18:45
0 Şərh     Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiya Futbol Federasiyasının vitse-prezidenti Savo Miloşeviç İsveçrə ilə oynanılan görüşdən (1:2) sonra VAR (video-köməkçi hakim) haqqında danışıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sabiq futbolçu sistemin hakim səhvlərinin qarşısını almadığını düşünür.

Miloşeviçin fikrincə, bu gedişlə daha bir neçə hakimə ehtiyac olacaq: "Başa düşə bilmirəm, əgər bu VAR (video-köməkçi hakim) bir işə yaramırsa, niyə ona ehtiyacımız var? Bu gün hər kəs hakimin səhv etdiyini gördü. Düşünürdüm ki, VAR hakimlərin səhvlərini düzəltmək üçün var. Belə çıxır ki, bundan sonra monitor arxasında oturanların səhvlərini düzəltmək üçün də əlavə adamlara ehtiyacımız olacaq. Nəticədə, bütün dünyanın gördüyünü görməyən 100 xüsusi hakim ortaya çıxacaq".

Vitse-prezident son olaraq VAR-ın mundialda seçilmiş komandaların xeyrinə qərarlar verdiyini sözlərinə əlavə edib: "Görünən odu ki, VAR sadəcə seçilmiş komandaların lehinə işləyir. Dünya çempionatında artıq iki dəfə Serbiyanın penaltisi verilməyib: 2 oyun və 2 səhv. Bu necə ola bilər axı? Əgər səhvlər davam edəcəkdisə, bu sistem nəyə lazım idi? Adi səhvlərdən də yox, birbaşa oyunun nəticəsinə təsir edən səhvlərdən söhbət gedir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.