İdman

İtaliyalı qapıçı "Qarabağ"a "yox" dedi

23 İyun 2018 18:25
0 Şərh     Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Peskara"nın qolkiperi Vinçenço Fiorellonun "Qarabağ"a keçidi baş tutmayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, italiyalı qapıçı iş yerini dəyişməmək qərarına gəlib.

Fiorello bu barədə instaqram hesabında paylaşım edib: "Belə paylaşımlar etməyi heç vaxt sevməmişəm, ancaq bugünkünün bir səbəbi var. Artıq 4 ildi ki, bu forma altında çıxış edirəm. Gün olub təriflənmişəm, gün də olub ki, tənqidlərə məruz qalmışam. Son anda finalı qaçırmışam, çempionluq yaşamışam, qəhrəman olduğum dönəmlər olub, bəzən isə hər şeyi məhv etmişəm. Bütün bunlara rəğmən, həmişə bu formaya hörmət bəsləmişəm. Adətən, önəmli mövzularla bağlı açıqlamalar verirəm, boş-boşuna danışmağı sevmirəm. Hazırda istədiyim bir-iki şey var: bu komanda ilə A Seriyasına qayıtmaq, sonuna kimi bu formanı tərlətmək və bəlkə də, bir gün komandanın kapitanı olmaq. Məni razı salmaq üçün mümkün olan hər şeyi etdiyinə görə "Qarabağ"a təşəkkür edirəm. Ancaq düşünürəm ki, pul hər şey deyil. Həyatımın indiki etapında istədiyim hər şey məhz bu şəhərdədi".

Qeyd edək ki, daha öncə "Qarabağ"ın Vinçenço Fiorello qarşılığında "Peskara"ya 600 min avro təklif edəcəyinə dair xəbər yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.