İdman

Salah Çeçenistanın fəxri vətəndaşı oldu

23 İyun 2018 11:24
0 Şərh     Baxış: 2 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir yığmasının hücumçusu Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı seçilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə respublikanın başçısı Ramazan Kadırov VK hesabında paylaşım edib.

"Məhəmməd Salah - Çeçenistan Respublikasının fəxri vətəndaşıdı. Misir millisi və "Liverpul"un böyük futbolçusunun bu ada layiq görülməsiylə bağlı fərman vermişəm. Misir yığmasının şərəfinə təşkil olunan yeməkdə isə ona fərmanın surətini və rozet təqdim etdim. Salah bu ada layiqdi. Minlərlə uşaq, yeniyetmə, həmçinin yaşlı nəslin nümayəndələri dünyanın ən yaxşı futbolçularından birini görmək, onunla ünsiyyətə girmək imkanı əldə etdi", - Kadırov vurğulayıb.

Qeyd edək ki, dünya çempionatında geridə qalan iki turdan sonra Məhəmməd Salahın formasını geydiyi Misir yığmasının aktivində 0 xal var. Komanda qrup mərhələsinin sonuna bir tur qalmış mundialla vidalaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.