İdman

Kluyvert “Roma”da

23 İyun 2018 09:09
0 Şərh     Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Roma" klubu Hollandiyanın "Ayaks" klubundan transfer etdiyi Castin Kluyvertlə rəsmi müqavilə imzalayıb.

Milli.Az komanda.az-a istinadən bildirir ki, paytaxt klubu artıq yeni transferini rəsmi saytı vasitəsilə də açıqlayıb. 19 yaşlı futbolçu "canavarlar"la 5 illik müqavilə imzalayıb.

"Roma" hollandiyalı hücumçu üçün "Ayaks"a 17 milyon 250 min avro təzminat ödəyib. Kluyvertin bu klubdakı performansından asılı olaraq, italyanlar Hollandiya təmsilçisinə əlavə 1,5 milyon avro də ödəyə bilər.

Kluyvert qarşıdakı mövsümlərdə "Roma" tərəfindən başqa bir kluba 25 milyondan baha qiymətə satılsa, "Ayaks" həmin məbləğin də 10 faizini əldə edəcək. Amma Hollandiya klubunun qazancı 4 milyon avrodan çox olmayacaq.

Hollandiya yığmasının sabiq hücumçusu Patrik Kluyvertin oğlu olan Castin yetirməsi olduğu "Ayaks"ın heyətində meydana çıxdığı 56 oyunda 13 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.