İdman

DÇ-2018: Belçika yığmasında müdafiəçi problemi

23 İyun 2018 08:43
0 Şərh     Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçika millisində müdafiəçi problemi davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandanın mərkəz müdafiəçiləri Vensan Kompani və Tomas Vermalen hələ də zədəsini sağaltmayıb.

Bu barədə açıqlama verən baş məşqçi Roberto Martines onların dünya çempionatının qrup mərhələsi çərçivəsində Tunislə II tur matçını buraxacaqlarını söyləyib: "Vermalen və Kompani hələ sağalmayıblar. Digər oyunçular isə Tunislə görüşə hazırdılar".

Qeyd edək ki, adıçəkilən futbolçular I turda Panama ilə (3:0) matçı da buraxmışdılar. Belçika - Tunis qarşılaşması isə sabah oynanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.