İdman

“Qəbələ” bərabərliklə başladı - YENİLƏNİB

23 İyun 2018 22:11
0 Şərh     Baxış: 1 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:11

Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununa çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, səfər öncəsi Bakıda MOİK-lə matçda (1:1) qüvvəsini sınayan "qırmızı-qaralar" mövsümlərarası fasilədə ilk beynəlxalq görüşünü keçirib.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın "Kukesi" klubu ilə görüşüb. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. Təmsilçimizin heyətində Stiven Monroz fərqlənib.

Yoxlama görüşü

23 iyun

"Qəbələ" (Azərbaycan) - "Kukesi" (Albaniya) - 1:1

Qol: Stiven Monroz, 79 

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 18. İlqar Qurbanov, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 33. Təmkin Xəlilzadə, 28. Stiven Monroz, 10. Rauf Əliyev

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 88. Sabien Lilay, 89. Abbas Ağazadə

Baş məşqçi: Sənan Qurbanov

19:21

Yoxlama görüşü

23 iyun

20:00. "Qəbələ" (Azərbaycan) - "Kukesi" (Albaniya)

08:13

Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununa çıxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, səfər öncəsi Bakıda MOİK-lə matçda (1:1) qüvvəsini sınayan "qırmızı-qaralar" mövsümlərarası fasilədə ilk beynəlxalq görüşünü keçirəcək.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın "Kukesi" klubu ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Maraqlıdı ki, "Qəbələ"nin hücumçusu Rauf Əliyevin son klubu məhz "Kukesi" olub.

Yoxlama görüşü

23 iyun

20:00. "Qəbələ" (Azərbaycan) - "Kukesi" (Albaniya)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.