İdman

Rus futbolçular dopinqdən istifadə edirlər? - FİFA-ya müraciət

22 İyun 2018 17:54
1 Şərh     Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Antidopinq Agentliyinin (USADA) prezidenti Trevis Tayqert FİFA-dan futbol üzrə Rusiya millisinin üzvlərinin diqqətli şəkildə dopinq yoxlamalarına tabe tutulmasını istəyib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Tayqert ali futbol qurumunun Səudiyyə Ərəbistanı (5:0) və Misirlə (3:1) oyunlardan sonra keçirilən dopinq testlərinin detallarını açıqlamamasından narazıdır.

"Qeyri-adi çıxışlar əlavə testlər tələb edir. Mənim ölkəmdə "qızıl standartlar" var ki, idmançı təkcə eşitməklə yox, həm də mənə inanaraq, təmiz olduğunu öyrənir. Təəssüf ki, Rusiya kimi ölkələrdə belə deyil. Testlər keçirilməli olduqları formada keçirilmirlər. Sınaqları aparan şəxslərin heç adlarını belə bilmirik. Meydanda baş verənlər məsələnin sadəcə bir tərəfidi. Əsas məsələ onların son 6-12 aylıq periodda nə etdikləridi", - o bildirib.

Tayqertin fikrincə, baş verənlərdə idmançıların heç bir günahı yoxdu: "Təəssüf ki, suallar ortaya çıxır və bu proseslər, ilk növbədə, oyunçuların özlərinə qarşı ədalətsizlikdi. Bənzər hadisələrin baş verməsinə dözə bilmirəm. Aşkar məsələdi ki, bunlar ölkənin idman rəsmilərinin bacarıqsızlığından irəli gəlir. Bu, oyunçuların günahı deyil".

Mayın 22-də FİFA Rusiya millisinin üzvləri ilə bağlı açılan dopinq dosyesini bağlayıb. Araşdırmalar nəticəsində ali futbol qurumu hüquqşunas Riçard MakLarenin sübutlarının yetərsiz olduğunu açıqlamışdı.

Qeyd edək ki, mundialın açılış matçında Rusiya komanda halında digərlərindən daha çox məsafə qət edib. Bu, dünyanın bir çox önəmli media qurumunda ev sahiblərinin istifadəsi qadağan olunan preparatlardan istifadə etdiyinə dair iddiaların yayılmasına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.